Enerqodara artilleriya zərbələri endirilib

Enerqodara artilleriya zərbələri endirilib

Ukrayna qoşunları Enerqodara kütləvi artilleriya zərbəsi endiriblər. Nəticədə Zaporojye Atom Elektrik Stansiyasının peyk şəhərinin suqəbuledici hissəsi zədələnib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Zaporojye Atom Elektrik Stansiyasının kommunikasiyalar üzrə direktoru Yevgeniya Yaşinanın sözlərinə görə, artilleriya atəşi nəticəsində suqəbuledici binanın şüşələri qırılıb. Amma ölən və yaralananlar olmayıb.

Ümumi hərbi hazırlığın suverenlik məsələləri üzrə komissiyasının sədri Vladimir Roqovun Telegram-da yazıb ki, Ukrayna tərəfi guya bunu qəsdən edir. Belə ki, məqsəd Enerqodar sakinlərini içməli sudan məhrum etməkdir.

Qeyd edilməlidir ki, sinoptiklər bu gün Zaporojye vilayətində +38 dərəcə isti proqnozlaşdırırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə