Bodrumda meşə yanğını nəzarət altına alındı

Türkiyənin Bodrum şəhərində baş verən meşə yanğını gecə boyu davam edən söndürmə prosesi nəticəsində səhər saatlarında nəzarət altına alınıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, yanğın çərşənbə axşamı, iyulun 9-u saat 14:00 radələrində Pınarbelen rayonunda meşə sahəsində baş verib.

Yanğının ilk saatlarından etibarən havadan və qurudan davam etdirilən söndürmə işləri havanın qaralması ilə qurudan davam etdirilib və yanğını nəzarət altına almaq üçün sıx səy göstərilib. Bölgədəki küləyin təsirli olması və davamlı olaraq istiqamətini dəyişməsi səbəbindən komandalar zaman-zaman çətin anlar yaşayıb. Bölgədəki sıldırım və dağlıq ərazi şəraiti quruya müdaxiləni çətinləşdirsə də, bir çox qurum və vətəndaş söndürmə işlərinə dəstək verib. Yeni günün ilk işığı ilə yanğın təyyarələrin sıx dəstəyi ilə nəzarətə götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə