Amerika Gürcüstandakı seçkilərə müdaxilə etmir..?

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Rusiya Xarici Kəşfiyyat Xidmətinin Amerikanın guya Gürcüstanda hakimiyyət dəyişikliyinə nail olmaq niyyətində olduğu məlumatını şərh edib.

SİA-nın əldə etdiyi məlumata görə, Miller qısa şəkild, bunun tamamilə yalan olduğunu bildirib.

...Rusiya kəşfiyyatının məlumatına görə, Vaşinqton guya rıçaqlardan istifadə etmək və ölkənin hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasını nüfuzdan salmaq niyyətindədir. Buna nail olmaq üçün guya amerikalı kuratorlar ölkədəki müxalifət qüvvələrinə kütləvi etiraz aksiyaları təşkil etməyə icazə veriblər. Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Dövlət Departamentinin düşündüyü kimi, bu işdə “döyüşçü” Tbilisi sakinləridir. Bu məsələdə əsas rolun prezident Salome Zurabişviliyə həvalə edildiyi iddia edilir.

...Etiraz iştirakçıları arasından “xalqın qəzəbini” təhlükəsizlik qüvvələrinə yönəldəcək “müqəddəs qurban” nəzərdə tutulur...

Bunu isə Rusiya kəşfiyyatı bildirir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə