Klinton və Harris prezident seçkilərində Trampa qalib gələ bilərlər

Bunu “Bendixen & Amandi” araşdırma firmasının keçirdiyi sorğunun nəticələri də göstərir...

...“Bendixen & Amandi” araşdırma firmasının “Politico”-ya verdiyi sorğu nəticələrinə görə, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və hazırkı vitse-prezident Kamala Harris prezident seçkilərində hipotetik olaraq ABŞ-ın Respublikaçılar Partiyasından olan namizəd Donald Trampı məğlub edə bilərlər.

...Nəşrin yazdığına görə, hazırkı prezident Cozef Bayden uğursuz debatdan sonra qarşıdan gələn seçkilərdə Trampa uduzmaq riski ilə üzləşir ki, bu da onun Demokratlar Partiyasındakı rəqiblərinin reytinqini yüksəldir.

Beləliklə, sorğu göstərib ki, Bayden artıq Trampdan 1 faiz geri qalır (42 faizə qarşı 43 faiz).

Bununla belə, debatı izləyən respondentlərin 86 faizinin yalnız 29 faizi Baydenin yeni dörd illik müddətə dözə bilməyəcəyini bildiriblər.

Digər 52 faiz isə onun prezidentlik yarışını tərk etməli olduğuna əminlik bildiriblər.

Yeri gəlmişkən, vitse-prezident Kamala Harris ABŞ prezidentliyinə potensial namizəd kimi Trampı 1 faiz qabaqlayır. Sorğunun nəticələrinə görə buradakı göstərici 42 faiz. qarşı 41 faizdir.

Xatırladaq ki, 2016-cı ildə prezidentliyə namizədliyini irəli sürən, lakin Trampa uduzan Hillari Klinton indi onu 2 faiz üstələyir: 43 faizə qarşı 41faiz.

Sorğu həmçinin Hillari və Harrisin birləşib Demokratlar Partiyasından “prezident-vitse-prezident” bərabərliyi ilə namizədliyini irəli sürsələr, onların Trampdan üstünlüyü 3 faizə yüksələcəyini göstərib.

...Sorğunun tapdığı digər potensial Demokrat namizədlər arasında Kaliforniya qubernatoru Qevin Nyusom (Trampın 40 faizinə 37 faiz) və Miçiqan qubernatoru Qretxen Uitmer (36 faiz - 40 faiz) var.

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın (2009-2017) komandasının sorğusunu aparan Fernand Amandi “Politico”-ya deyib ki, seçicilər Prezident Baydenin qocalmasından ciddi şəkildə narahatdırlar və onların narahatlıqları debatdan sonra daha da güclənib.

O, “Bendixen & Amandi” sorğusunda Hillarinin “gücünün” onu çox təəccübləndirdiyini söyləyib.

...Bəziləri onu dünənin xəbəri və keçmişin namizədi kimi rədd etsələr də, ən azı bu sorğuda seçicilər Klintonun geri dönməsinə açıq ola biləcəklərini və onun prezident, Harrisin isə vitse-prezident olacağı bir planda “birlikdə daha güclüdürlər”.

Bunu araşdırma firması bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə