ABŞ Ukraynanın itirilmiş əraziləri qaytara bilməyəcəyini başa düşür…

Bunu Fransanın ABŞ-dakı keçmiş səfiri bildirib...

Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Aro LCI-yə müsahibəsində qeyd edir ki, Birləşmiş Ştatlar Ukraynanın Rusiyaya verilmiş əraziləri geri qaytara bilməyəcəyini yaxşı bilir. SİA bu barədə rus saytlarına istinad edir.

Onun fikrincə, Amerikanın yeni prezidenti kimin olmasından asılı olmayaraq, Vaşinqton seçkilərdən sonra Moskva ilə danışıqlara başlayacaq.

Artıq niyyətlərini açıqlayan Trampın məsələsində isə onlar sərt olacaq və bunun Ukrayna üçün nə kimi nəticələri olacağı bəlli deyil.

Ancaq Avropada ictimai rəy o qədər rahat nəfəs alacaq ki, dişlərini qıcayaraq razılaşacaq.

Ekspert vurğulayır ki, danışıqlar Amerikada prezident seçiləndən tez baş tutmayacaq. Eyni zamanda, Rusiya yalnız Ukraynanın tam təslim olmasını tələb edəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə