Nebenzya BMT baş katibinin Kiyevdəki faciəyə reaksiyasını pisləyib

Nebenzya BMT baş katibinin Kiyevdəki faciəyə reaksiyasını pisləyib

...Baş verənlərə görə Rusiyanı günahlandıran BMT-nin baş katibi Antonio Quterreşin Kiyev faciəsinə reaksiyası dünya təşkilatı rəhbərliyinin ikili standartlardan danışır.

SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib. ...Mən Quterreşə dedim ki, bu, açıq-aydın ikili standartlardır.

Nebenzya BMT Baş katibinə cavab barədə deyib.

Eyni zamanda o xatırladıb ki, Ukraynada nəsə baş verəndə baş katib və onun mətbuat katibi bu və ya digər insidentin əsl səbəblərini anlamadan dərhal Rusiyanı günahlandırmağa və qınamağa tələsirlər.

Bundan əvvəl Nebenzya BMT-nin iclasında bildirib ki, Rusiya BMT Təhlükəsizlik Şurasının Kiyevin Rusiyanın Ukraynadakı hərəkətlərini gözdən salmaq üçün təbliğat kampaniyasına cəlb edilməsinə təəssüflənir.

...İyulun 8-də Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemləri tərəfindən atılan raket Kiyevdəki “Oxmatdet” xəstəxanasına düşüb.

Kiyev də öz növbəsində Rusiyanı tibb müəssisəsinə raket zərbəsi endirməkdə ittiham edib.

Quterreş özü də Kiyevdəki mülki hədəflərə “Rusiyanın raket hücumlarını” pisləyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə