Hindistanda әsgәrlәrlә üsyançılar arasında qarşıdurma olub

Hindistanda әsgәrlәrlә üsyançılar arasında qarşıdurma olub

Hindistanın idarə etdiyi Cammu və Kəşmir bölgəsində üsyançılarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada 7 Hindistan əsgəri və 6 üsyançı həlak olub. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Yerli mәtbuat orqanlarının yaydığı mәlumata görә, Hindistan әsgәrlәrini daşıyan avtomobil Cammu və Kəşmirin Maçedi bölgəsində hücuma məruz qalıb.

Səlahiyyətlilər hücum nәticәsindә 5 əsgərin öldüyünü, 6 əsgərin yaralandığını, qaçan üsyançıların saxlanılması istiqamәtindә əməliyyatların hәyata keçirildiyini açıqlayıb.

Kulqam bölgəsində baş verən iki ayrı qarşıdurmada 2 əsgər həyatını itirib, 6 üsyançı da həlak olub.

Hücumların Baş nazir Narendra Modinin Rusiyaya səfəri zamanı baş verməsi diqqət çəkib.

Son zamanlar Cammu və Kəşmirdə hücumların sayının artdığı müşahidә olunub.

İyunun 9-da hindistanlı zəvvarları daşıyan avtobusa silahlı hücum nəticəsində 9 nəfər həyatını itirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə