Moskva məhkəməsi Navalnının dul arvadını qiyabi həbs edib

Moskvanın Basmannı məhkəməsi rusiyalı siyasətçi Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın “ekstremist” icmada iştirak etdiyinə görə qiyabi həbsinə qərar verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib.

...Yuliya Borisovna ibtidai istintaq orqanlarından gizlənib və buna görə də axtarışa verilib.

Bunu məhkəmənin mətbuat xidməti bildirib.

Qeyd edək ki, bu maddəyə əsasən, onu 6 ilə qədər həbs gözləyir.

...Onun Rusiya Federasiyasına ekstradisiya edildiyi və ya Rusiya ərazisində saxlandığı andan iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu il fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsi üzrə Federal Penitensiar Xidmət Aleksey Navalnının Xarp kəndindəki 3 saylı islah koloniyasında öldüyü barədə məlumat yayıb. İdarədən bildirilib ki, siyasətçi gəzinti zamanı xəstələnib və demək olar ki, dərhal huşunu itirib. Həkimlər yarım saatdan çox onu həyata qaytarmağa çalışsalar da, həyatını xilas edə bilməyiblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə