Bayden vəziyyəti dərindən anlayır, amma...

O, Rusiya və Çinə qarşı konkret tədbirlər haqqında çox az anlayışa malikdir
Bayden vəziyyəti dərindən anlayır, amma...

...ABŞ prezidenti Cozef Bayden Ukraynadakı münaqişə ilə bağlı vəziyyəti və ya Çindən gələn təhdidləri dərindən dərk edir, lakin bu problemlər kontekstində görülən konkret tədbirlər barədə məlumatsızdır.

SİA-nın əldə etdiyi məlumata görə, “Associated Press” ABŞ administrasiyasındakı mənbələrə istinadən yazır.

...Nəşrin mənbələri əlavə edib ki, Baydenin ümumi psixi vəziyyəti indiyə qədər heç bir sual doğurmur.

Baydenin 81 yaşı var. Onun prezident kimi davam edə bilməsi ilə bağlı müzakirələr son vaxtlar yaşı ilə əlaqədar, xüsusən də 78 yaşlı keçmiş prezident Donald Trampla fəlakətli debatlar fonunda intensivləşib.

Xatırladaq ki, debat iyunun 28-də CNN telekanalında baş tutub.

Kanal debatdan sonra sorğu keçirib və sorğunun nəticələrinə görə respondentlərin 67 faizi Trampın, 33 faizi isə Baydenin qalib gəldiyini deyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə