Dünyanın ən böyük elektrikli avtomobil istehsalçısı olan Çin şirkəti BYD Türkiyədə elektrik və akkumulyatorla işləyən hibrid avtomobil istehsalı müəssisəsi və araşdırma-təkmilləşdirmə (Ar-Ge) mərkəzi quracaq. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Çinin BYD şirkəti ilə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi arasında Türkiyəyə investisiya üçün müqavilə imzalanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında İstanbuldakı Dolmabağça İş Mərkəzində Çinin avtomobil nəhəngi ilə imzaları ölkənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və BYD sədri Vanq Çuanfu atıb. Müqavilə çərçivəsində BYD-nin Türkiyədə təxminən 1 milyard dollar sərmayə ilə illik 150 min avtomobil həcmi olan elektrik və akkumulyatorlu hibrid avtomobil istehsalı müəssisəsi və davamlı hərəkətlilik texnologiyaları üçün Ar-Ge mərkəzi qurması planlaşdırılır.
2026-cı ilin sonunda istehsalına başlanacaq obyektdə 5 min adam işlə təmin ediləcək.
BYD Türkiyədəki yeni istehsal müəssisəsinə sərmayə qoyaraq Avropadakı istehlakçılara çatmaq istəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB