Rusiya Ukraynada 559 uşaq öldürüb

Rusiya Ukraynada 559 uşaq öldürüb

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 559 uşaq həlak olub. SİA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

“2024-cü il iyulun 9-na olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 559 uşaq həlak olub. 1449-dan çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir. Ən son qurbanlar bazar ertəsi Rusiyanın Kiyevə raket hücumu nəticəsində həlak olan 4 uşaqdır. Həmin vaxt 8 və 14 yaşlı iki qız və 8 və 10 yaşlı iki oğlan ölüb. 2 yaşdan 17 yaşa qədər 10 uşaq idə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə