Napoleonun tapançaları 1 milyon 690 min avroya satılıb

Napoleonun tapançaları 1 milyon 690 min avroya satılıb

Fransanın keçmiş imperatoru Napoleon Bonapartın iki tapançası hərracda 1 milyon 690 min avroya satılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, hərrac Napoleonun 1814-cü ildə tutulduğu zaman intihara cəhd etdiyi Fontainebleau sarayının çox yaxınlığında yerləşən Osenat Hərrac Evində keçirilib.

Qızıl və gümüşlə bəzədilmiş və Napoleonun profilini əks etdirən silahların qiyməti 1,2-1,5 milyon avro arasında idi. Fransa Mədəniyyət Nazirliyi tapançalara “milli xəzinə” statusu verib və onların xaricə ixracına qadağa qoyub. Müvafiq olaraq Fransa hökuməti 30 ay ərzində silahların yeni sahibinə təklif verməlidir. Tapançaları alan şəxsin kimliyi açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə