105 yaşlı qadın məzun oldu - FOTO

105 yaşlı qadın məzun oldu - FOTO

105 yaşlı Virciniya Hislop tərk etmək məcburiyyətində qaldığı ABŞ-ın Stenford Universitetini 83 il sonra bitirə bilib. SİA xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazıb.

Bildirilir ki, Hislop 1936-cı ildə həmin universitetdə təhsil almağa başlayıb. 1940-cı ildə müəllim kimi bakalavr dərəcəsini aldıqdan sonra magistraturaya qəbul olub.

O, təhsilini İkinci Dünya Müharibəsinə görə yarımçıq qoymaq məcburiyyətində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə