Metal körpü istidən əridi

İlin ən isti gününün yaşandığı Nyu Yorkda metal körpünün mexanizmi sıradan çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Nyu-York şəhərində Bronks və Manhetteni birləşdirən Harlem çayı üzərində çəkilən körpü həddindən artıq istilər səbəbindən zədələnib.

Bildirilir ki, 3-cü küçə körpüsünün polad elementləri istidən genişlənib, kilidləmə mexanizmi korlanıb. Yeri gəlmişkən, 1898-ci ildə sökülə bilən konstruksiya kimi inşa edilən körpü tək zolaqlı nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə olunur. Körpü nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, Nyu Yorkda ilin ən yüksək temperaturu 35 dərəcə ilə qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə