Efiopiyada 100-dən çox insan fidyə müqabilində qaçırılıb

Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla azı 100 nəfər fidyə müqabilində qaçırılıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Ervin Massinqa məlumat verib.

"Oromiya və Amhara ştatlarında baş verən son adam oğurluqları göstərir ki, uzun sürən münaqişə cinayətkarları necə cəsarətləndirir və qanunun aliliyini zəiflədir", - deyə səfir X sosial hesabında yazıb.

Onun sözlərinə görə, hücum edənlər Oromo dilində danışıblar. Qaçırılan ailələrdən əsirləri azad etmək üçün 17500 dollar ödəmələri istənilib.

Bütün xəbərlər Facebook səhifəmizdə