BMT Təhlükəsizlik Şurası təcili iclas keçirəcək

Rusiyanın Ukraynaya raket hücumlarına görə...

...BMT Təhlükəsizlik Şurası çərşənbə axşamı, iyulun 9-da təcili iclas keçirəcək. İclas Rusiyanın Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına və Ukraynanın digər şəhərlərinə atılan raket hücumuna həsr olunacaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Sky News” xəbər verir.

Verilən məlumatlara görə, bir sıra ölkələr, o cümlədən Böyük Britaniya, Fransa, Ekvador, Sloveniya və Amerika Birləşmiş Ştatları görüşə çağırıblar.

Təhlükəsizlik Şurası Rusiyanın Kiyevə raket hücumu nəticəsində uşaq xəstəxanasının dağılmasından sonra iclas keçirəcək.

...Britaniyanın BMT-dəki səfiri Barbara Vudvord “Rusiyanın xəstəxanaya qorxaq və azğın hücumunu pisləyəcəyik” –deyə bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə