Xarici səfirlər Rusların vurduğu uşaq xəstəxanasına gəliblər...

ABŞ və Avropa İttifaqı uşaq xəstəxanasına edilən hücumun müharibə cinayəti kimi araşdırılmasına çağırıblar...

...Bir neçə xarici ölkənin səfirləri iyulun 8-də Rusiya raketlərinin hücumuna məruz qalan Kiyevdəki “Oxmatdet” uşaq xəstəxanasına gəliblər.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “European Truth” məlumat yayıb.

Fransa səfiri Qael Veyser atəşdən sonra “Oxmatdet”-ə səfəri haqqında yazıb və qeyd edib ki, Rusiya mülki infrastruktura hücumlara görə cavab verməli olacaq.

...Bu yaxınlarda Ukraynada missiyasına başlayan İtaliya səfiri Karlo Formoza da xəstəxanaya baş çəkərək Rusiyanın “barbar və qorxaq hərəkətini” pisləyib.

...Qurbanların ailələrinə başsağlığı verdiklərini deyən italyan səfir, “Ukrayna ilə birlikdəyik”, -

Onu da qeyd edək ki, Formoza “Oxmatdet”-də xarici səfirlərlə video yayımlayıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Rusiyanın irimiqyaslı aviazərbələri Kiyev və Dnepropetrovsk vilayətində azı 33 nəfərin ölümünə, 140 nəfərin yaralanmasına səbəb olub. Birləşmiş Ştatlar və Avropa Birliyi “Oxmatdet”-ə hücumun hərbi cinayət kimi araşdırılmasına çağırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə