Ağ Ev: NATO Hind-Sakit okean regionuna genişlənmir

NATO Hind-Sakit okean regionuna genişlənmir.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter jurnalistlər üçün təşkil olunan brifinqdə bildirib.

“NATO Hind-Sakit okean regionuna genişlənmir, üzvlük prosesi yoxdur, NATO-nun bütün müdafiə və çəkindirici vasitələri NATO müttəfiqlərinin ərazisində Avro-Atlantik məkandadır”, - Maykl Karpenter qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə