Ruslar yaxınlaşan "səssiz böhran" barədə xəbərdarlıq edirlər

...“Kommersant”a müsahibə verən Makroiqtisadi Təhlil və Qısamüddətli Proqnozlaşdırma Mərkəzinin ekspertləri Rusiya iqtisadiyyatının tezliklə “sakit böhran”la üzləşə biləcəyini deyiblər.

Onların fikrincə, Mərkəzi Bank əsas faiz dərəcəsini yenidən qaldırarsa, ilin ikinci yarısında vətəndaşların istehlakı və kapital qoyuluşu sabitliyini itirə bilər.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, Bir qədər əvvəl maliyyəçi Aleksandr Razuvayev belə bir fikir bildirmişdi ki, Rusiyanın inflyasiyaya qalib gəlməsinin qarşısını bu prosesə səbəb olan siyasi amillər alır.

Ekspert idxal logistikasının daha mürəkkəb və bərbad hala gəldiyini, idxalın özünün isə bahalaşdığını vurğulayıb. O, dəqiqləşdirib ki, avadanlıq və alkoqol qiymətləri təxminən 5-10 faiz, əczaçılıq məhsulları isə daha da artıb.

Eyni zamanda o, Rusiya iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb.

Razuvayevin qeyd etdiyi kimi, belə bir vəziyyətdə inflyasiya sadəcə mövcud olmaya bilməz.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə