"Match TV" əməkdaşına təcavüz edən üç miqrant saxlanılıb

Moskvada "Match TV"nin əməkdaşına təcavüz etməkdə şübhəli bilinən üç Özbəkistan vətəndaşı saxlanılıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onlardan biri qaçmağa çalışsa da, hava limanına gedən yolda yaxalanıb.

...İstintaqın məlumatına görə, 2024-cü il iyulun 6-da gecə saatlarında 3 təqsirləndirilən şəxs alkoqollu sərxoş vəziyyətdə Moskva şəhərində yerləşən yaşayış binasının yaxınlığında zor tətbiq edərək, əvvəllər kimliyi məlum olmayan qıza hücum ediblər. Daha sonra onlarda ikisi qıza qarşı zorlama törədiblər, üçüncü isə ətrafdakı vəziyyəti müşahidə edərək, cinayət ortaqlarının təhlükəsizliyini təmin edib.

Bunu İstintaq Komitəsi bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə