Aviaşirkət nəhəngi fırıldaqçılıq və sui-qəsddə günahını etiraf edir..?

...Birləşmiş Ştatlarda “Boeing” Korporasiyası ilə bağlı səs-küylü qalmaqal gözlənilmədən yenidən davam edib və bu, indi çoxmilyardlarla dollarlıq dövlət müqavilələrini..və hətta bərpa olunmaz reputasiyasını da itirə bilər...

SİA-nın əldə etdiyi məlumata görə, aviaşirkət nəhəngi iki qəza ilə bağlı fırıldaqçılıq və sui-qəsddə günahını etiraf etməyə razılaşıb.

Söhbət ABŞ Ədliyyə Nazirliyinin 2018 və 2019-cu illərdə İndoneziya və Efiopiyada baş verən 737 MAX seriyalı təyyarələrin qəzaları ilə bağlı araşdırmasından gedir. Hər iki halda pilotlar çevikliyin artırılması sistemində nasazlıqlar olduğunu bildirdilər. Sonra bir çox ölkələr, o cümlədən Rusiya, təhlükəsizlik səbəbi ilə bu seriyalı təyyarələrin istismarını dayandırdı.

…“Boeing” problemi həll etdikdən sonra qadağa götürüldü. Lakin məsuliyyətdən yaxa qurtarmaq mümkün olmayıb. Məhkəmə ABŞ Ədliyyə Nazirliyi ilə sövdələşməni təsdiqləsə, o zaman aviaşirkət günahını etiraf etməklə yanaşı, 243 milyon dollar məbləğində cərimə ödəməli olacaq.

Və bu halda NASA və Pentaqon ilə əməkdaşlıq da sual altına düşəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə