Fransanın Baş naziri istefa verəcək

Fransanın Baş naziri istefa verəcək

Fransanın baş naziri Qabriel Attal parlament seçkilərinin ilkin nəticələrini açıqladıqdan sonra istefa verəcəyini bəyan edib. SİA xəbər verir ki, o, iyulun 8-də istefa ərizəsini prezident Emmanuel Makrona təqdim edəcəyini deyib.

“Bu gecə təmsil etdiyim siyasi partiya səs çoxluğu qazana bilmədi. Sabah səhər mən istefa ərizəmi respublika prezidentinə təqdim edəcəyəm”, – deyə Qabriel Attal bildirib.

O qeyd edib ki, yeni hökumət qurulana qədər baş nazir vəzifəsini davam etdirəcək.

Xatırladaq ki, Attal 2024-cü ilin yanvarından hökumətə sədrlik edir.

Bütün xəbərlər Facebook səhifəmizdə