Cəbhəçilər Parisi qarışdırdı

Fransa polisi Parisin mərkəzində solçu Yeni Xalq Cəbhəsi tərəfdarlarının mitinqində baş verən iğtişaşları yatırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İğtişaşlar Yeni Xalq Cəbhəsinin öndə getdiyi növbədənkənar parlament seçkilərinin ikinci turunun ilkin nəticələri elan edildikdən sonra başlayıb. Radikallar polisə daş və butulka atmağa başlayıb, daha sonra bir neçə adi və elektrikli velosipedi yandırıblar.

Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub.

Bundan əvvəl səlahiyyətlilərin Parisin mərkəzinə Respublika meydanına böyük polis və jandarm qüvvələri, eləcə də su şırnaqları yerləşdirdiyi bildirilirdi .

İyulun 7-də Fransanın baş naziri Qabriel Attal bazar ertəsi istefa verəcəyini açıqlayıb .

Növbədənkənar parlament seçkilərinin ikinci turunun nəticələrinə görə, siyasi bloklardan heç biri 289 mandatın mütləq əksəriyyətinə nail ola bilməyib. Yeni Xalq Cəbhəsindən sonra ikinci yeri prezident Emmanuel Makron tərəfindən dəstəklənən “Respublika naminə birlikdə” liberal-mərkəzçi blok tutur. Üçüncü yerdə Milli Rallinin sağçılarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə