Britaniyanın yeni müdafiə naziri Ukraynada səfərdədir

Britaniyanın yeni müdafiə naziri Con Hili Ukraynaya səfər edib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Con Hili Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. O, həmçinin ukraynalı həmkarı Rüstəm Umerov ilə mətbuat konfransı keçirib. Con Hili Böyük Britaniyanın Ukraynaya yeni bir yardım paketi təqdim edəcəyini elan edib. O, qeyd edib ki, bu paketə daha çox artilleriya silahı, 250 min sursat və təxminən 100-ə yaxın dəqiq “Brimstone” raketi daxildir.

Müdafiə naziri həmçinin aprel ayında Ukraynaya vəd verilən hərbi dəstəyin qarşıdakı 100 gün ərzində yerinə yetiriləcəyini söz verib. O, Britaniya hökumətinin Ukraynaya hərbi yardımı davam etdirmək öhdəliyinə sadiq olduğunu deyib.

“Bu, mənim bu işdə ikinci günümdür. Yeni baş nazirimiz Kir Starmerin prezidentinizə verdiyi öhdəliyi vurğulamaq mənim üçün birinci prioritet idi”,- deyə müdafiə naziri qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə