Duma məktəblilərin cəzalandırılmasını tələb edib...

Rusiya himni səsləndirilərkən ayağa qalxmadıqlaına görə...

...Dövlət Dumasının deputatı Andrey Qurulev Rusiya himninin səsləndirilməsi zamanı ayağa qalxmayan Nalçik şəhərindəki 33 saylı məktəbin şagirdlərinin cəzalandırılması tələbi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, doqquzuncu sinfin buraxılışı zamanı lentə alınan müvafiq kadrlar bir gün əvvəl internetdə yayılıb.

...Qurulevin sözlərinə görə, bir neçə şagird millət himninə qarşı hörmətsiz nümayiş etdirib.

Deputat daha sonra onun müraciətinə dərhal cavab verildiyini bildirib.

Bir sıra KİV-də yayılan məlumatlara görə, uşaqların valideynləri artıq cərimələnib, lakin hansı ittihamla irəli sürüldüyü məlum deyil.

...Həmçinin, təsdiqlənməmiş məlumatlara görə, bir neçə böyüklər – xüsusən də “RusHydro” enerji holdinqinin Kabardin-Balkar filialının departament rəhbəri və Rusiya cüdo komandasının baş məşqçisinin həyat yoldaşı cərimələniblər.

Məsələ bundadır ki, onlar da himn oxunarkən ayağa qalxmayıblar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə