Stoltenberq Ukraynanın NATO-ya üzv olmasının şərtini açıqlayıb

...NATO-da heç kim Ukraynanın 2034-cü ilə qədər alyansa qəbul ediləcəyini deməyib, heç bir razılaşma və vəd edilmiş müddət yoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq CBS telekanalında bildirib. Jurnalistlər Stoltenberqdən soruşublar ki, niyə onun fikrincə, Ukrayna 2 və ya 3 ildən sonra deyil, 10 ildən sonra NATO-ya qəbul oluna bilər?

…10 il ərzində heç kim dəqiq deməyib, amma Ukraynanın qəbulu məsələsinin çox ciddi olduğu açıq-aydın görünür.

Stoltenberq cavab verib.

Onun sözlərinə görə, indi Ukraynanın qələbəsi üçün dəstəyi gücləndirmək lazımdır. Bu, gələcək üzvlük üçün ilkin şərtdir. …Stoltenberq eyni zamanda davamlı və ədalətli sülhün yalnız döyüş meydanında qələbə ilə təmin oluna biləcəyi və bunun üçün Qərbin Kiyevə daim hərbi yardım göstərməli olduğu barədə rəvayətləri təkrarlayıb..?

…Bunu artıq ruslar yazır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə