Şirkətdə karyera qurmaq üçün körpəsini pəncərədən atıb...

...Almaniya əsilli 28 yaşlı Katharina Yovanoviç “Porsche” şirkətində hüquq şöbəsinin müdiri vəzifəsini itirməkdən qorxduğu üçün yeni doğulmuş körpəsini pəncərədən atıb. SİA xarici qaynaqlara istinadən xəbər verir ki, faciənin təfərrüatları barədə Daily Mail məlumat yayıb.

...Öz övladını qəsdən öldürməkdə təqsirləndirilən şəxs 7,5 il müddətinə azadlıqdan məhrum edilib.

Məlum olub ki, “Porsche” işçisi hamiləliyi faktını həmkarlarından gizlədib, evdə gizli şəkildə qız uşağı dünyaya gətirib və onu asfaltın üzərinə atıb və təbii ki...körpə ölüb.

Ölən körpənin cəsədini qonşular aşkar edərək dərhal polisə müraciət ediblər. Məhkəmənin əvvəlində qadın günahını etiraf etsə də, təfərrüatları xatırlaya bilməyib. O, uşaq daşıdığını heç anlamadığını bildirib.

...Qadının vəkilləri onun yeni doğulmuş uşağı təsadüfən yerə atdığını israr ediblər. Axı, gözlənilməz bir uşaq dünyaya gəldikdən sonra Katarina özünü "müstəsna psixoloji vəziyyətdə" tapdı.

Təqsirləndirilən şəxs sonda qəsdən adam öldürməyə məhkum edilib.

Hazırda vəkilləri məhkəmənin qərarından apellyasiya şikayəti vermək və cəzanın üç ilə endirilməsini istəyirlər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə