Kabardin-Balkar dağlarında alpinist ildırım vurması nəticəsində ölüb

...Alpinist Kabardin-Balkar dağlarında ölüb. SİA xəbər verir ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında yazıb.

Deməli, iki kişi Dıxtay dağına çıxıb. Qeyd edək ki, dağın hündürlüyü 5204 metrdir. 5100 metr ərazidə turistlərdən birini ildırım vurub. Onun dostu xilasediciləri çağırıb, çünki mərhumun cəsədi ilə belə tək başına enmək fiziki cəhətdən mümkün deyildi.

Saat 11:00-da Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət iki qrup 2700 və 3800 metr hündürlükdə yerə enib, lakin əlverişsiz hava şəraiti: bulud, duman və sulu qar səbəbindən xilasetmə əməliyyatını həyata keçirə bilməyiblər. …İkinci alpinist müvəqqəti olaraq 4700 metr yüksəklikdə çadırdadır. Hazırda onun vəziyyəti təhlükə altında deyil. Turistin yanında lazımi qida və su ehtiyatı var. Mütəxəssislər onunla əlaqə saxlayırlar. Havalar yaxşılaşan kimi kişinin cəsədi dağlardan endiriləcək, ikinci alpinist isə təxliyə ediləcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə