Estoniya Prezidenti: Ukrayna NATO-da olacaq, bu müzakirə olunmur

Ukraynanın NATO-ya üzvlüyü sammit zamanı danışıqlar mövzusu ola bilməz, çünki onun üzvlük yolunda irəliləyişi geridönməzdir.

SİA-nın əldə etdiyi məlumata görə, ERR xəbər verir ki, bunu Estoniya prezidenti Alas Karis deyib.

Litva Prezidenti Qitanas Nauseda ilə görüşdən sonra keçirilən mətbuat konfransında Karis qeyd edib ki, NATO sammitinin ən mühüm mövzuları müharibənin hazırkı qaynar mərhələsində və ondan sonrakı dövrdə Ukraynaya səmərəli, uzunmüddətli dəstək, eləcə də Ukraynanın güclənməsi olacaq.

...NATO lazım olduğu qədər Ukraynanı dəstəkləyəcəyinə dair güclü siqnal göndərməlidir. Ukraynanın NATO-ya üzvlüyü danışıqların mövzusu ola bilməz.

Estoniya prezidenti daha sonra vurğulayıb ki, tarixin çoxlu dərsləri var: təcavüzkarları sakitləşdirmək yalnız müvəqqəti sülhü təmin edir.

...Əgər siz Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsəniz, bu, gələcəkdə yeni və daha pis müharibələrə səbəb olacaq. Bunun nəticəsində Rusiya və digər təcavüzkarlar özlərini daha inamlı hiss edəcəklər... İndi işləyə biləcək yeganə strategiya Ukraynaya mümkün qədər dəstək verməkdir.

Bunu da Karis qeyd edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə