Ukraynalılar Lukaşenkonun təklifini ələ salıblar..?

...Lukaşenko belarusları və onların Ukrayna və Rusiyadan olan dostlarını Belarusun perspektivsiz kəndlərində torpaq sahələri almağa çağırıb. Onun sözlərinə görə, orada torpaq çox ucuzdur.

SİA-nın əldə etdiyi məlumata görə, Lukaşenko bu barədə Aleksandriya kənd təsərrüfatı şəhərində keçirilən “Kupala” respublika bayramında bildirib.

Teleqraf qeyd edib ki, ukraynalı sosial şəbəkə istifadəçiləri Lukaşenkonun bu açıqlamasına sərt reaksiya veriblər.

Bəziləri hətta onun dəli olduğundan şübhələnirdilər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə