İranın esminesində ağır qəza baş verib...

İranın “Səhənd” esminesi Fars körfəzində öz tərəfində batıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri YJC agentliyi yayıb.

Fars körfəzi sahillərində Bəndər Abbas şəhəri yaxınlığında yerləşən təmir dokunda esmines müvazinətini itirib.

Bir neçə nəfərin zərər çəkdiyi barədə məlumat var.

Qəzanın ehtimal olunan səbəbi gəminin balanslaşdırıcı çəninin nasazlığı və ya freqatın şaftında təmirdən sonra suyun daxil olmasıdır.

Esminesi cəmi bir neçə yaşı var - 2018-ci ilin sonunda xidmətə daxil edilib.

Açıq mənbələrə görə, o, 1988-ci ildə batmış eyniadlı freqatın şərəfinə adlandırılıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə