Yaponiya Rusiya ilə dialoq üçün imkanlar axtarır...

Rusiyanın Çimalı Koreya ilə yaxınlaşması təhlükəsini hiss edən Yaponiya başa düşdü ki, Rusiya Federasiyası ilə strateji dialoq olmadan regionda təhlükəsizliyə nail olmaq mümkün deyil.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Moskovskiy Komsomolets” Sülh Fondunun baş elmi işçisi Sasakava Taisuke Abiruya istinadən yazır.

...Qeyd edilməlidir ki, yapon alim Rusiya ilə ekspertlər səviyyəsində dialoqun bərpasının təşəbbüskarlarından biri olub. Onun sözlərinə görə, söhbət enerji, elm və humanitar bilik sahələrində qarşılıqlı fəaliyyətdən gedir. Lakin Abiru hesab edir ki, təhlükəsizlik məsələlərini gündəliyə daxil etmək lazımdır.

O xatırladıb ki, Yaponiyanın baş naziri Şinzo Abenin dövründə (2022-ci il iyulun 8-də Nara şəhərində sui-qəsd nəticəsində öldürülüb –A.B.) Rusiya-Yaponiya münasibətləri yaxınlaşma cəhdlərindən birini yaşayıb. Lakin xarici amillərə - ilk növbədə ABŞ-Yaponiya münasibətlərinə görə uğursuzluqla nəticələnib.

...Çinin yüksəlişinə görə Yaponiya Rusiya və Hindistanla müttəfiqliyini gücləndirməklə cavab verməyə çalışdı və eyni zamanda Çinin yüksəlişinə ABŞ ilə müttəfiqliyini gücləndirərək cavab verməyə çalışdı. Məlum oldu ki, Rusiya və ABŞ-la eyni vaxtda yaxınlaşma bir araya sığmır.

Abiru bildirib bunu və o, belə hesab edir ki, bu gün Rusiya və Şimali Koreya arasında saziş imzalandıqdan sonra Tokio yenidən Moskva ilə kəskin dialoq məsələsi ilə üzləşib, çünki “bölgənin ən böyük oyunçularından birinə güzəşt etmək olmaz”.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə