Bu üç ölkə konfederasiyada birləşir

Qərbi Afrikanın üç ölkəsi - Burkina Faso, Mali və Nigerin səlahiyyətliləri Sahel Dövlətləri Konfederasiyasını yaratmaq qərarına gəlib. SİA xəbər verir ki, bu barədə “France-Press” agentliyi bu dövlətlərin liderlərinin birgə bəyanatına istinadla məlumat yayıb.

Bəyanatda üç ölkənin daha geniş inteqrasiyaya doğru daha bir addım atmağa qərar verildiyi deyilir. “Bu məqsədlə Burkina-Faso, Mali və Niger konfederasiyanın yaradılması haqqında saziş imzalayıblar”, - məlumatda deyilir.

Bu, Burkina Faso, Mali və Niger liderlərinin iştirak etdiyi Sahel Dövlətləri Alyansının Niameydə keçirilən Birinci Zirvə Toplantısının nəticələrindən sonra baş verib.

Bundan əvvəl, 2024-cü il yanvarın 28-də Burkina Faso, Mali və Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyindən mümkün qədər tez çıxmaq üçün birgə qərar qəbul ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə