ABŞ-də atışma olub - ölənlər və xəsarət alanlar var

ABŞ-nın Kentukki ştatının şimalındakı Florensedə yaşayış binasında baş verən atışma nəticəsində dörd nəfər ölüb, daha üç nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, cinayətkar yeddi nəfəri yaralayıb. Onlardan dördü hadisə yerində ölüb, yaralılar ağır vəziyyətdə xəstəxanaya aparılıb.

Cinayətkar gizlənməyə çalışıb, lakin təqib nəticəsində onun avtomobili yoldan çıxaraq xəndəyə aşıb.

Polisin bildirdiyinə görə, cinayətkar özünü yaralayıb, o, xəstəxanaya göndərilib, lakin orada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə