HƏMAS İsraillə barışığa ilkin razılıq verib

HƏMAS və Misir nümayəndələri Qəzza zolağında ABŞ Prezidenti Cozef Baydenin səsləndirdiyi mərhələli atəşkəs razılaşmasının ilkin razılığı bildiriblər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə “Associated Press” agentliyinə anonimlik şərtilə məlumat verilib.

“Vaşinqtonun formulasına dair mərhələli razılaşma, bir neçə yüz fələstinli məhbusun sərbəst buraxılması müqabilində qadınlar, yaşlılar və yaralılar da daxil olmaqla bir sıra girovların sərbəst buraxılmasına imkan verəcək altı həftəlik tam atəşkəsi əhatə edəcək”, – mənbə deyib.

Məlumata görə, birinci mərhələdə İsrailin Silahlı Qüvvələri Qəzza zolağının sıx məskunlaşdığı ərazilərdən qoşunlarını çıxarmalı, həmçinin cənuba köçürülən şəxslərin evlərinə qayıtmasına icazə verməli olacaq.

Əməliyyatın ilk mərhələsinin həyata keçirilməsinin mümkün olacağı bildirilir, çünki HƏMAS İsrail Ordusunun Qəzzadan tam çıxarılması tələblərindən imtina edib.

Bütün xəbərlər Facebook səhifəmizdə