İyunun 28-də Naxçıvan şəhərinin Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikası Daxili İşlət Nazirliyinin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə Türkiyə Respublikasında saxlanıb. O, istintaqa təhvil verilib.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB