Rusiya müdafiə nazirinin keçmiş müavini Tatyana Şevtsova Fransaya getməsi xəbərini təkzib edib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, onun sözlərini TASS sitat gətirir.
...Şevtsovanın sözlərinə görə, iyulun 6-da o, rəqs turnirinə baxmaq üçün Kremlə gəlib.
...Əlbəttə, bütün bunlar doğru deyil.
Qeyd edək ki, 2024-cü il iyunun 17-də Rusiya prezidenti Vladimir Putin müdafiə nazirinin dörd müavinini tutduqları vəzifələrdən azad edən fərman imzalayıb.
Sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub. Belə ki, Nikolay Pankov, Ruslan Tsalikov, Tatyana Şevtsova və Pavel Popov vəzifələrini tərk ediblər.
Sonuncu da hərbi xidmətdən xaric edilib. Ehtiyatda olan ordu generalı Pankov 2005-ci ilin sentyabrından dövlət katibi - müdafiə nazirinin müavinidir. 2009-cu ildə hərbi xidmətdən tərxis olunub. 2001-2004-cü illərdə Rusiya Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinə rəhbərlik edib.
...Şevtsova 2010-cu ilin avqustundan müdafiə nazirinin müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, dövlət vergi müfəttişindən Federal Vergi Xidmətinin rəis müavini vəzifəsinə qədər işləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB