Qrenlandiya yavaş-yavaş, lakin əminliklə Danimarkadan müstəqilliyini elan etməyə doğru irəliləyir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qrenlandiya iyunun əvvəlində yerli əhalinin Danimarkadan müstəqilliyə doğru mühüm addım kimi qiymətləndirdiyi konstitusiya layihəsini təqdim edib. On il əvvəl bu çox diqqət çəkməzdi. Bu gün Rusiya ilə ABŞ arasındakı münaqişə strateji yerləşdiyi adanı daha da vacib edir. Bununla belə, Qrenlandiyanın keçəcəyi yol bəlli olsa da, onun tam suverenlik məqsədinə nə vaxt çatacağı, hətta olub-olmayacağı dəqiq deyil.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə