Qazaxıstanda ŞƏT Sammitindən sonra “sarı” təhlükə səviyyəsi ləğv edilib

Şanxay Əməkdaşlıq Təşkilatı Sammitinin başa çatmasından sonra Astana, Almatı, Qaraqanda və Kökşetau şəhərlərində orta “sarı” səviyyəli terror təhlükəsi ləğv edilib. SİA xəbər verir ki, bu barədə Respublika Terrorizmlə Mübarizə Operativ Qərargahının mətbuat xidməti məlumat yayıb.

Qərargahdan bildirilib ki, güc strukturlarının bölmələri adi iş rejiminə keçib.

Qeyd edək ki, iyulun 2-5-də Qazaxıstanda Şanxay Əməkdaşlıq Təşkilatının Sammitinin keçirildiyi obyektlərdə və xüsusi mühafizə olunan şəxslərin hərəkət marşrutlarında xüsusi hüquqi rejim tətbiq edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə