İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib

İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib. SİA İRNA agentliyinə istinadla xəbər verir ki, namizədlər Tehranın Şəhr-e Qods və Varamin məntəqələrində səs verib.

Qeyd edək ki, İranda yerli vaxtla saat 08:00-da prezident seçkilərində səsvermənin ikinci turu başlayıb. Seçkilərin ikinci turunda 69 yaşlı islahatçı, sabiq səhiyyə naziri Məsud Pezeşkiyan və İran liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, 58 yaşlı mühafizəkar Səid Cəlili mübarizə aparırlar. İyunun 28-də keçirilmiş birinci turda Pezeşkiyan və Cəlili müvafiq olaraq 44 faiz və 40 faiz səs toplayıblar. Seçkilərdə iştirak 40 faiz təşkil edib ki, bu da İslam respublikasının 45 illik tarixində ən aşağı göstəricidir.

İkinci tur ərəfəsində keçirilən sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Məsud Pezeşkiyana, 48 faizi isə Səid Cəliliyə səs verməyə hazır olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə