İctimai çimərlikdə köpəkbalığı dəhşəti yaşanıb

ABŞ-ın Texas ştatının South Padre bölgəsində ictimai çimərlikdə köpəkbalığı hücumu baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ökənin Müstəqillik Günü kimi qeyd olunan 4 iyul bayramı səbəbi ilə çox izdihamlı olan xalq çimərliyində günorta saatlarında baş verən hadisədə uzunluğu təxminən 2 metr olduğu müəyyən edilən köpəkbalığı dənizdə 4 nəfərə hücum edib.

Hadisə bölgədəki bəzi vətəndaşlar tərəfindən lentə alınıb, görüntülərdə yaralı halda dənizdən çıxarılan qadının ayağının bir hissəsinin kəsildiyi görünüb. Hadisə yerinə gələn sahil mühafizə dəstələri helikopter və qayıqlarla dənizdə olan vətəndaşları təxliyə edib, yaralılar isə xəstəxanaya aparılıb.

Hücum nəticəsində ağır yaralanan və rayon xəstəxanalarına yerləşdirilən 46 yaşlı qadın və 21 yaşlı kişinin həyati təhlükəsinin olmadığı öyrənilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə