Bağça müdirinə həbs cəzası verilib

Yaponiyanın Şizuoka Rayon Məhkəməsində üç yaşlı Kawamoto Çinanın 2022-ci ildə uşaq bağçası avtobusunda unudularaq istidən ölməsi ilə bağlı açılan işin qərar iclası keçirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "ölümlə nəticələnən peşə səhlənkarlığı" ilə günahlandırılan keçmiş məktəb direktoru Məsudə Tatsuyoşi üçün 2,5 il həbs cəzası istənilib.

İclasda çıxış etmək hüququ verilən Məsuda və ölən bağça şagirdinin sinif rəhbəri Nişihara Ako “peşə səhlənkarlığı” ittihamını qəbul ediblər. Qərara əsasən, keçmiş məktəb direktoru 74 yaşlı Məsudə 16 ay, məsul müəllim 48 yaşlı Nişihara isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Hakim qeyd edib ki, hadisə baş verən zaman uşaq bağçasının müdiri olan Məsuda şagird ölümlərinin qarşısını almaq üçün “təhlükəsizlik bələdçisi” yarada bilməyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə