Kamerunda Prezident sarayına oğru girib

Ötən ay Kamerunda yerləşən Palais d'Etoudi Prezident sarayına oğru girib. SİA xarici KİV-ə istinadən bildirir ki, iyunun 15-dən 16-na keçən gecə sarayda Prezident Paul Biyanın Mülki Nazirlər Kabinetinin direktoru Samuel Mvondo Ayolonun ofisinə oğru daxil olub. Hadisə zamanı bir neçə nöqtədə şüşə qırıqlarının olduğu müəyyən edilib. Oğurluq baş verən zaman saraydakı təhlükəsizlik kameralarının işləməməsi ölkədə müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı rəsmi açıqlama verilməyib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə