Putin: “Taliban” terrorizmlə mübarizədə Rusiyanın müttəfiqləridir..?

...Deməli, Rusiya prezidenti Vladimir Putin Əfqanıstanda hakimiyyətdə olan radikal islamçı “Taliban” hərəkatını Rusiyanın terrorla mübarizədə müttəfiqi adlandırıb.

Amma maraqlıdır ki, o, hərəkatın Rusiyada rəsmi olaraq qadağan edildiyini, terror təşkilatları siyahısına daxil edildiyini deməyib.

...Ümumiyyətlə, biz “Taliban” hərəkatının ölkədə hakimiyyətə nəzarət etməsindən çıxış etməliyik və bu mənada, terrorizmlə mübarizədə bizim üçün şübhəsiz ki, “Taliban” müttəfiqidir.

SİA-nın əldə etdiyi məlumata görə, TASS agentliyi bunu Putindən sitat gətirir.

Yeri gəlmişkən, “Taliban” İslam Dövləti qruplaşmasına qarşı silahlı mübarizə aparır.

O vaxt Moskva yaxınlığındakı “Crocus City Hall”da 144 nəfərin ölümü ilə nəticələnən terror aktına görə məsuliyyəti məhz bu “Vilayət Xorasan” qrupunun Əfqanıstan qanadı öz üzərinə götürüb.

Eyni zamanda, bu terror aktı ilə bağlı Rusiya hakimiyyətinin nümayəndələri adətən radikal islamçı təşkilatlardan deyil, Ukrayna və ya Qərbin “izindən” danışırlar.

...Amma terror aktının araşdırılmasında “Taliban”ın Rusiyaya hər hansı bir yardımın edib-etmədiyi məlum deyil.

...Və bir də, “Taliban” hökuməti Rusiya, eləcə də dünyanın digər ölkələri tərəfindən de-yure tanınmır, lakin onların nümayəndələri mütəmadi olaraq Rusiyaya müxtəlif tədbirlərə dəvət olunurlar. Rusiya Xarici İşlər Nazirliyi bu yaxınlarda qeyd edib ki, onlar “Taliban”ın terror təşkilatı statusunun götürülməsinin tərəfdarıdırlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə