500-dən çox miqrant Xabarovsk diyarından zorla çıxarılıb...

...İlin əvvəlindən Xabarovsk diyarının məhkəmə icraçıları qanunla müəyyən edilmiş qalma şərtlərini pozaraq Rusiyada qeyri-qanuni yaşayan 512-dən çox miqrantı zorla ölkədən çıxarıb.

...Deportasiyadan sonra inzibati xətalarda təqsirli bilinən bütün şəxslərin Rusiya Federasiyasına girişi beş il müddətinə qadağan edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Rusiya KİV-ləri yazır.

Qeyd edək ki, deportasiya edilənlər arasında hansı millətlərin vətəndaşlarının olduğu məlum deyil. Amma Rusiyanın şəhər və rayonlarında, reydlər və miqrantların “toplanması” hələ də davam edir.

Deməli, iyulun 2-də Omsk vilayətinin hüquq-mühafizə orqanları “Qeyri-qanuni 2024” əməliyyatının birinci mərhələsinin nəticələri barədə məlumat veriblər.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları miqrasiya hüququ sahəsində 300-ə yaxın qanun pozuntusunu müəyyən ediblər.

...Məhkəmələr əcnəbilərin Rusiya Federasiyasının ərazisindən çıxarılması ilə bağlı 18 qərar qəbul edib. Üç əcnəbi vətəndaş deportasiya edilib, 36-nın ölkəyə girişinə qadağa qoyulub.

Bunu da rus mediası xəbər verir.

Qeyd edək ki, Son zamanlar əksər miqrantlar Rusiya hava limanlarında və sərhəd-keçid məntəqələrində saatlarla yoxlamalardan şikayətlənirlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə