"Etna" vulkanı 4 il sonra partladı

İtaliyanın Siciliya adasındakı "Etna" vulkanı yenidən aktivləşib. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ən aktiv vulkanlarından biri olan "Etna" ötən axşam lava və kül püskürüb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutundan verilən açıqlamaya görə, Avropanın ən hündür vulkanı Etnanın Vorajin kraterində 4 ildən sonra ilk dəfə partlayış baş verib. 3 min 357 metr yüksəklikdəki "Etna" dağı sonuncu dəfə 2023-cü ilin dekabrında aktiv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə