Leyboristlər Partiyasının lideri Starmer dəyişikliklərə söz verdi...

...Britaniya Leyboristlər Partiyasının lideri Keir Starmer İcmalar Palatasına seçkilərdə qalib gəldikdən sonra dərhal ölkəni yaxşılığa doğru dəyişməyə başlayacağına söz verib. SİA-nın əldə etdiyi məlumata görə, o, partiya fəalları qarşısında çıxışı zamanı buna əminlik nümayiş etdirib.

...Biz bunu etdik. Siz bunun üçün dayandınız, bunun üçün mübarizə apardınız və oldu. Dəyişiklik indi başlayır.

TASS bunu Starmerdən sitat gətirir.

…Mühafizəkarlar Partiyasının 14 illik hakimiyyətindən sonra ölkənin "parlaqlığı qayıdır -deyən Starmer, indi gələcəyini bərpa etmək üçün fürsət olduğunu söyləyib.

Prioritetləri barədə danışan siyasətçi ilk növbədə ölkənin, sonra partiyanın olduğunu vurğulayıb.

Seçkilərin nəticələrindən sonra Leyboristlər Partiyası İcmalar Palatasında 650 yerdən 326-nı alıb, səslərin hesablanması isə Moskva vaxtı ilə saat 9:00-a qədər davam edəcək.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri Rişi Sunak Leyboristlər Partiyasının liderini qələbə münasibətilə təbrik edib.

Sunak seçkilərdə məğlub olduqdan sonra baş nazir vəzifəsini tərk edəcək, lakin o, Şimali Yorkşirdəki Riçmond dairəsindən seçilə bildiyi üçün parlamentdə qalacaq.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə