Leyboristlər 14 ildə ilk dəfə Britaniya parlament seçkilərində qalib gəlib

Leyboristlər Partiyası 14 ildə ilk dəfə Böyük Britaniya parlamentinə seçkilərdə qalib gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə səslərin hesablanmasının aralıq nəticələrinə istinadən xəbər verir.

Müxalifət partiyası İcmalar Palatasındakı 650 yerdən 326-na zəmanət verib və yeni hökumətin qurulması üçün lazım olan səs çoxluğunu qazanıb.

Mühafizəkarlar Partiyasının hazırda cəmi 71 mandatı var. Səsvermə bülletenlərinin sayılması davam edir, lakin Key Starmerin rəhbərliyi altında leyboristlərə yetişmək artıq mümkün deyil.

Böyük Britaniyanın baş naziri Rişi Sunak Şimali Yorkşirdəki Riçmond seçki dairəsindən yenidən Böyük Britaniya parlamentinə seçilib.

Eyni zamanda o, hökumət başçısı postunu tərk etmək niyyətini təsdiqləyib.

Partiyanın lideri Keir Starmer yeni baş nazir ola bilər. O, əvvəllər kölgə Brexit naziri və insan haqları üzrə vəkil olub.

Mayın 30-da Britaniya parlamenti növbədənkənar parlament seçkiləri ərəfəsində buraxılıb. Sunak qeyd edib ki, seçkilərin keçiriləcəyi dünya "soyuq müharibənin bitməsindən bəri ən təhlükəli vəziyyət olacaq".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə