Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Çin “Tianhui 5-02” Yerin məsafədən zondlanması peykini uğurla orbitə çıxarıb. SİA xəbər verir ki, bu barədə “Zhongguo Hantianbao” qəzeti yazır.

Qeyd olunur ki, qurğunun buraxılışı Şansi əyalətindəki Tayyuan kosmodromundan həyata keçirilib.

Qəzetin yazdığına görə, “Tianhui 5-02” coğrafi məlumatların ötürülməsi, torpaq siyahıyaalınması və elmi araşdırmalar üçün istifadə ediləcək.

Bundan əvvəl Çinə məxsus daşıyıcı raket dağlarda qəzaya uğramışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə