Bayden üçün həlledici saatlar

Amerikalı sənədli film prodüseri və Demokrat Partiyasının donoru Abigail Disney ABŞ prezidenti Co Bayden prezidentlik yarışından geri çəkilənə qədər demokratlara ianə verməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə CNBC məlumat yayıb. “Mən partiyaya bütün ianələri Baydeni əvəzlənənə qədər dayandırmaq niyyətindəyəm. Bayden getməsə, demokratlar uduzacaqlar”, - o deyib Abigail Disney Baydenin itkisinin nəticələrinin həqiqətən dəhşətli olacağı fikrini ifadə edib. Bir neçə saat əvvəl CNN növbəti 48 saatı Baydenin siyasi karyerası üçün həlledici adlandırdıb.

Bütün xəbərlər Facebook səhifəmizdə